25.Oktyabr.2024, 18:22
Yüksək qiymətə satılan uşaq südlərində sağlamlıq riskləri: Niyə palma yağından istifadə edilir? - FOTO
Yüksək qiymətə satılan uşaq südlərində sağlamlıq riskləri: Niyə palma yağından istifadə edilir? - FOTO şəkil
Yüksək qiymətə satılan uşaq südlərində sağlamlıq riskləri: Niyə palma yağından istifadə edilir? - FOTO

Son dövrlərdə palma yağı qida sənayesində geniş yayılıb. Bu yağ sağlamlığa təsiri və xüsusilə uşaqların qidalanmasında yarada biləcəyi risklər səbəbindən geniş müzakirələrə mövzu olub. 

Maraqlıdır ki, ölkədə satışda olan və qiymətləri normadan yüksək olan uşaq yeməklərinin tərkibində də palma yağına rast gəlmək mümkündür. Mütəxəssislər bildirirlər ki, buna səbəb həmin məhsulun rəf ömrünün uzadılması və daha ucuz başa gəlməsidir.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universiteti­nin əczaçılıq fakültəsinin baş müəllimi, Dünya Tibbi Hüquq Assosasiyasının üzvü Aida Bəndəliyeva “Operativ Media”ya açıqlama verib.

Baş müəllim palma yağının insan orqanizmində yaratdığı zərərlərə aydınlıq gətirib:

“Palma yağı ilə bağlı çox sayda mənfi fi­kirlər mövcuddur və bu yağ məhsulu, eyni zamanda “palmiye yağı” olaraq da tanı­nır. Palma yağının əsas xüsusiyyəti yüksək kalorili və doymuş yağ olmasıdır. Qı­zartma və sadə bişirmə yağı olaraq istifa­də olunan bu məhsul yüksək temperaturda rafinə edilir. Çünki yağın qırmızı rəngin­dən ayrılması və qoxusunun azalması üçün yüksək istilikdə rafinə edilməlidir. Lakin bu üsulla istehsal olunan yağlar insan sağ­lamlığı üçün uyğun deyil. Bu səbəbdən onun sağlamlığa zərər verməsi ehtimalı böyükdür.

Palma yağı yüksək istilikdə istehsal edildiyi üçün ürək tutmalarına və infarkta səbəb ola bilər. Palma nüvəsi hər nə qədər xolesterol ehtiva etməsə də, tərkibindəki doymuş yağ damarları tıxayır. Damarlar arasında toplanan çöküntü, bir müddət sonra ürək tutmaları və ya xronik ürək xəstəliklərini yaradır. Eyni zamanda qan təzyiqi və xolesterol balansının pozulmasına, kalori və yağ miqdarı yüksək olduğu üçün artıq çəkiyə və çətin həzm olunduğu üçün bağırsaq problemlərinə yol açır. Bundan əlavə palma yağının istehsalında bir çox ağacın kəsil­məsi ekosistem balansını da pozmuş olur”.

Aida Bəndəliyeva  palma yağının uşaq qidalarına qatılmasının çox zərərli olduğunu bildirib:

“Bəzi uşaq yeməklərinin tərkibinə olan palma yağı körpələr üçün üçün çox zərərlidir. Buna görə də valideyn qida alarkən diqqətli olmalıdır. Mütəxəssislər körpələrə zərərli olan palma yağı ehtiva edən qidaların ve­rilməməsi barədə xəbərdarlıq edir.  Ana südünün kifayət etmədiyi hal­larda hazırlanan bəzi uşaq yeməklərinin tərkibinə palma yağı qatılır. Əgər həmin qida və ya südlər körpələrə verilər­sə, bu körpədə qəbizlik, köp və sancı yarada bilər və uzun müddətli sağlamlıq problemlərinə səbəb ola bilər.

Məsələ ilə bağlı açıqlama verən qida eksperti Məhsəti Hüseynova bildirib ki, palma yağından daha çox saxlanması uzunmüddətli olan məhsullarda istifadə edilir.

“Hazırda dünyada qida çeşitliliyi artıb. Bu qidaların hamısı sağlam deyil. Bu, daha ucuz xammaldan hazırlanan və rəf ömrü uzun olan qidaların artımıdır. Palma yağının qidalarda istifadəsi məhz bu səbəbdəndir. Palma yağından daha çox saxlanma müddəti uzun olan məhsullarda istifadə olunur. Həmin məhsulunun rəf ömrü uzun olur. Məhsul daha ucuz başa gəlir. Ona görə də palma yağından daha çox istifadə edilir”.

Ekspert bildirib ki, bəzi ölkələrdə uşaq qidaları üçün bu yağ qadağandır:

“Bəzi ölkələrədə uşaq qidalarında palma yağından istifadə qadağandır.  Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) 2016-cı ildə palma yağları ilə bağlı araşdırma aparıb. Nəticədə davamlı olaraq hər bir qidada palma yağından istifadə insanların sağlamlığında müəyyən təhlükələr yaratdığı məlum olub.

Bu gün mağazalarda olan paketlənmiş qidaların əksəriyyətində, restoran və iaşə obyektlərində bişirilən yemək və şirniyyatlarda palma yağından istifadə olunur. Bəzən bu yağ göstərilmir. Bəzən isə bitki yağı altında yazılır, ya da kimyəvi adı ilə qeyd olunur. Belə olan halda da istehlakçı aldığı məhsulun tərkibi haqqında tam məlumatlı olmur.

Palma yağı meyvə və dənələrdən olmaqla iki üsulla hazırlanır. Eyni zamanda sanaye üsuluyla da hazırlanan palma yağları var. Bunlar qida üçün yararlı deyil. Amma təbii halda, tərkibinda A və E vitaminləri, doymamış yağ turşuları olan palma yağında az miqdarda istifadə etmək olar. Amma mütəmadiən istifadə etmək olmaz. Xüsusilə 20 yaşına qədər olan şəxslər bu yağdan uzaq durmalıdır. Çünki bu yaşa qədər insan orqanizmində inkişaf gedir.

İnkişaf etmiş ölkələrədə məhsulların üzərində "palma yağı yoxdur", "palma tərkibli hansısa yağdan istifadə edilməmişdir" kimi ifadələr yer alır. Bu məhsullar “premium” daha üst səviyyənin qidaları hesab olunur. Önəmli olan bu yağdan gündəlik qida kimi istifadə etməməkdir".

Son xəbərlər
İsrail Dəməşqə 100-dən çox zərbə endirib
Rusiyada mənzildə baş verən yanğın nəticəsində 3 nəfər ölüb
ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Azərbaycanla Rusiya arasında Xəzər dənizi ilə bağlı görüş keçirilib
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
Ərdoğan: Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Suriya hökuməti istefa verməyə hazırdır