Tez arıqlamaq istəyən şəxslər həyatlarını necə təhlükəyə atır?

Yaz və yay aylarına doğru insanlar tez bir zamanda arıqlamaq istəyirlər. Bunun üçün sağlamlığa ziyan vura biləcək addımmala əl atırlar. Ən başda isə arıqladıcı məhsullar dayanır. Bəs bu məhsullar insan sağlamlığına necə təsir edir?
Mövzu ilə bağlı Dietoloq Ləman Süleymanova Operativ Media-ya danışıb.
O bildirib ki, sosial şəbəkələrdə həkim olmayan şəxslər insanları arıqlatmaq adı altında müxtəlif çayların reklamını aparır: "Onlar bir neçə qrupa bölünürlər. Əsas qruplar sosial media ilə işləyən şəxslərdir. Bu təşkilatlar insanları aldadaraq onları işlədilər. Yalandan dietoloq-həkim adı altında insanları müəyyən xəstəliklərlə üz-üzə qoyurlar. Müəyyən "marafonlar" təşkil edirlər. Arıqladıcı kokteyllər və çaylar hazırlayırlar. Təbii ki, onların başında böyük bir şirkət dayanır. Bir qrup şirkətlərin isə artıq ofisləri belə mövcuddur. Vətəndaşları orada müalicə edib onalara hazırladıqları çay və kokteyllərdən satırlar. Çox təəssüflər olsun ki, bəzən dietoloq həkimlər də belə pasiyentlərinə bu arıqladıcı şaylardan məsləhət görür. İlk olaraq bu çayların tərkibii bilmək lazımdır. Bu çayların tərkibində nə varki insanı arıqlada bilir? Arıqladıcı qəhvələr, kokteyllər və çayların hər birində sibutramin adlı maddə mövcuddur. Bu maddə isə Azərbaycan Respublikasının Qanunu ilə insan sağlamlığına təsir edən maddələr və onların orqanizmə ziyanlı təsirləri olan maddələrin siyahısı daxil edilib. Avropa Dərman Agentliyi tərəfindən "sibutramin" tərkibli dərmanların satışına qadağa qoyulub. Və gömrükdən keçirilməsi qadağandır. Amma yenə də bu maddəli çaylar illegal yollarla ölkəyə gətirilir. Bu maddə yalnız çaylarda yox, arıqladıcı kokteyllər, qəhvələrin tərkibində də mövcuddur".
Dietoloq bildirib ki, bəzi arıqladıcı çayların üzərində heç bu maddə qeyd olunmur: "Amma birmənalı olaraq insanlar bilməlidir ki, bütün arıqladıcı məhsulların tərkibində bu maddə mövcuddur. Bu maddənin isə insan bədəninə çox ciddi mənfi təsirləri var. İlk olaraq bu çaylar insanın əhval-ruhiyyəsinə təsir edir. İnsanın beynini və bədənini özündən asılı vəziyyətə salır. Çaylar ilk olaraq toxluq hissi yardır. Amma bu sadəcə insanı aldadır. Bu proses 3-4 gün davam edir. Bundan sonra isə bu çaylar insan bədəni üçün xeyirli olan yağları məhv edir. Bu da insanın imunitetini aşağı salır. Ətrafdakı xəstəliklərə qarşı dözümlülüyü azalır və halsızlıq, yuxusuluq, yorğunluq yaradır. Bu məhsullar narkotik maddə kimi ilk öncə insana xoş təəssürat yaradır, daha sonra yavaş-yavaş insanı özündən asılı vəziyyətə salır. İlk 15 gün ərzində həmin şəxs müəyyən qədər çəki itirir. Amma bununla birlikdə insan bedəninə yaxşı təsir edən yağ və zülalları da itirmiş olur. Bir müddət sonra insan bu çayların qəbulunu dayandırır. Bu zaman isə həmin şəxsdə sürətli çəki artımı müşahidə olunur".
Dietoloq arıqladıcı məhsulların təsirlərini sadalayıb: "İlk olaraq sümük və oynaqlarda ağrılar baş verir, görmə zəifləyir. Mədəaltı vəzini sıradan çıxarır, qaraciyərə ağır zərbə vurur. Ürək-damar xəstəliyi olan şəxsin bu məhsulları qəbul etməsi çox risklidir. Hətta 8 gündən sonra ölümlə nəticələnə bilər. Arterial təzyiqi yuxarı və aşağı olan insanların sayı xeyli çoxdur. Həmin şəxslər bu çaylardan qəbul edərsə, təzyiqləri birdən birə yuxarı və aşağı enə bilər. Bu çaylar insan orqanizmində harada problem varsa, daha çox həmin yeri sıradan çıxarır. Psixoloji problemi olan insanları bu məhsullar şoka sala bilər. Dəri xəstəliyi olan şəxslərin bədənində müxtəlik ləkələr yaradır. Revmatizm xəstəliyi olan insanlarda oynaq ağrılarını şiddətləndirir. Daha çox fitnesçilər bu dərmanları və çayların şatışını təşkil edirlər. Təəssüflər olsun ki, bəzi dietoloqlar da bu dərman preparatlarının hazırlanmasına məsləhət görürlər. Bilmək laızmdır ki, hər bir insanın özünün bədən quruluşuna görə arıqlama müddəti var".