http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlanıb

04 May 2024 , 11:59
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlanıb

Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları”nda əksini tapıb.

Qaydaya görə, təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə (o cümlədən son üç tədris ilində ardıcıl olaraq həmin ixtisas üzrə tələbə qəbulu həyata keçirilmədikdə) tədrisə başlanılması maraqlı tərəflərin (assosiasiyalar, ittifaqlar, işəgötürənlər, işəgötürən birlikləri, dövlət orqan və qurumları, sahibkarlar, təhsili müəssisələrinin elmi-pedaqoji heyəti/ mühəndis-pedaqoji heyət və sair) təşəbbüsü əsasında həyata keçirilir.

-Maraqlı tərəflər təsnifatda mövcud olan ixtisas üzrə ilk dəfə tədrisə başlanılması məqsədi ilə əsaslandırıcı təkliflərini müvafiq profilli təhsil müəssisəsinə təqdim edirlər.

-Təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması barədə müraciət 1 (bir) ay müddətində təhsil müəssisənin Elmi Şurasında/Pedaqoji Şurasında baxılır və təkliflər əsaslandırıcı hesab edildiyi halda, müvafiq qərarla maraqlı tərəflərin, eləcə də mütəxəssislərin və ekspertlərin iştirakı ilə İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilir.

-İşçi Qrupu 3 (üç) ay müddətində təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisində ilk dəfə tədrisə başlanılması məqsədilə tədris olunacaq ixtisasın bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş ümumi tələblərə uyğunluğunu araşdırır, yeni ixtisas üzrə əmək bazarının mövcud vəziyyətini və gələcək prespektivlərini təhlil edir və qiymətləndirir aparır, işəgötürənlərin (işəgötürən birliklərinin) rəyini alır, beynəlxalq təcrübəni öyrənir, əmək bazarının yeni ixtisas üzrə kadrlara olan potensial tələbatını müəyyən edir və bununla bağlı hazırlanmış sənədləri və materialları (hesabatlar, arayışlar, təqdimatlar, təhlillər, araşdırmalar, sorğular və s.) təhsil müəssisəsinin Elmi Şurasına/Pedaqoji Şurasına təqdim edir. İşçi Qrupu müvafiq sənədlərin hazırlanmasını 3 (üç) ay müddətinə tamamlaya bilməzsə, təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası qarşısında müddətin artırılması barədə vəsatət qaldırır. Vəsatət məqsədəuyğun hesab edildiyi halda təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası müddətin ən çoxu bir ay artırılması barədə qərar qəbul edir.

OXŞAR XƏBƏRLƏR
Bəzi rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

XƏBƏR LENTİ
  • 09:13

    ABŞ Ukraynaya silah tədarükü ilə bağlı iclas keçirəcəK
  • 06:49

    Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB
  • 06:45

    İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB
    İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB
  • 06:30

    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB
  • 06:02

    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar - YENİLƏNİB
  • 05:55

    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİB
    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİB
  • Dünən
    23:37

    Ağ Ev: ABŞ Ukraynanı Rusiya ərazisinə zərbələr endirməyə məcbur etmir
  • Dünən
    23:16

    Putin və Çin lideri Aİİ və Pekin arasında əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər
Menyu