http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

04 May 2024 , 12:14
Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

"Operativ Media" xəbər verir ki, mayın 3-də Cəbrayıl rayonuna səfər edən xarici səyyahlar Cocuq Mərcanlı kəndi ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Qadir Namazəliyev səyahətçilərə ərazilərin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verib. Bildirib ki, Cəbrayıl rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri hesab edilir.

Sonra xarici səyyahlar ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər.

Xatırladaq ki, heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edib.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə Qarabağ və Şərqi Zəngəzura 9 səfəri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünyaşöhrətli “Vagaclub”unun səfəri bu qəbildən sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Dünyada milyonlarla insan onların vasitəsilə Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

OXŞAR XƏBƏRLƏR
Bəzi rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

XƏBƏR LENTİ
  • 09:54

    Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişməsində, Aeroport şosesində yol-nəqliyyat hadisələri baş verib
  • 09:50

    Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • 09:49

    KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
  • 09:45

    DİN-dən xaricdə təhsil fırıldaqçılığı ilə bağlı XƏBƏRDARLIQ
  • 09:13

    ABŞ Ukraynaya silah tədarükü ilə bağlı iclas keçirəcəK
  • 06:49

    Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB
  • 06:45

    İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB
    İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB
  • 06:30

    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB
Menyu