http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mayın 5-6-da maqnit qasırğası olacaq

04 May 2024 , 20:05
Mayın 5-6-da maqnit qasırğası olacaq

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığından keçəcəyi proqnozlaşdırılır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Operativ Media"ya verilən xəbərə görə, Günəş aktivliyinin davam edəcəyi 4-6 may tarixləri üçün M (R1-R2 mülayim orta - radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur.

Qeyd edilib ki, 4-6 may tarixləri üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri hiss olunacaq. Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14.00 radələrinədək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.

Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksək sürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.

OXŞAR XƏBƏRLƏR
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir

Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir

Prezident və birinci xanım  Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər

Prezident və birinci xanım Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər

Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb

Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb

XƏBƏR LENTİ
  • 14:23

    Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir
  • 14:17

    Prezident və birinci xanım Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
    Prezident və birinci xanım  Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
  • 14:13

    Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb
  • 14:11

    Hindistan və Pakistanın Qırğızıstandakı səfirlikləri vətəndaşlarına müraciət edib
  • 14:02

    Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir
  • 14:00

    Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
  • 13:48

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 13:42

    Azərbaycan və İran liderləri görüşəcəklər
    Azərbaycan və İran liderləri görüşəcəklər
Menyu