Menyu

Binəqədidə “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Binəqədidə “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, şöbəyə Bərdə rayon sakini 1964-cu il təvəllüdlü Teyyub Nuruşovun odlu silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs saxlanılıb və üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. T.Nuruşov  odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Teqlər:

"Bin\u0259q\u0259did\u0259 \u201cMakarov\u201d tapan\u00e7as\u0131 satmaq ist\u0259y\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər