http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib

06 May 2024 , 11:16
Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsinə dair müraciətlər daxil olur.

Bu barədə "Operativ Media"ya Dövlət Xidmətindən bildirilib.

Dövlət Xidməti xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı ilə “Təbii inhisar subyektlərinin siyahısı” təsdiq edilib. Həmin siyahı ilə rabitə xidmətləri göstərən təbii inhisar subyektləri də müəyyən edilib.

Qüvvədə olan “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.

Eyni zamanda bildiririk ki, rabitə sahəsində xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Tarif (qiymət) Şurasının müvafiq Qərarına əsasən, telekommunikasiya operatorlarının telefon çəkilişi xidmətinin tarifi (telefon nömrəsinin verilməsi və şəbəkəyə qoşulma daxil olmaqla) 30 manat təsdiq edilib. Bundan əlavə, Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından istifadəyə görə aylıq abunə haqları əhali istehlakçı qrupu üzrə 3,5 manat, qeyri-əhali istehlakçı qrupu üzrə 7 manat, sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından həyata keçirilən şəhərlərarası telefon danışıqlarının tarifi 3 qəpik/dəqiqə müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, cari ilin 1 iyul tarixində qüvvəyə minəcək Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində də ümumi istifadədə olan telefon rabitəsi xidmətləri təbii inhisar fəaliyyət sahələrinə aid edilib. Rəqabət Məcəlləsinə əsasən, təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək, məhsulların istehsalı (satışı), habelə təbii inhisar subyektinin şəbəkələrinə qoşulma ilə əlaqədar müştərilərə münasibətdə normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydalar müəyyən etmək və onların icrasını tələb etmək təbii inhisar subyektlərinə qadağan edilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçılar telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi halları ilə qarşılaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 11:19

    Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
  • 11:04

    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü başlayıb
    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü başlayıb
  • 10:48

    Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə yüksəlib
  • 10:32

    VI sinif şagirdləri üçün monitorinq keçirilir
  • 10:14

    Xarkov vilayətindən 10 mindən çox insan təxliyə edilib
  • 09:57

    KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb
  • 09:36

    Qəzzada 630-a yaxın İsrail hərbçisi həlak olub
  • 09:17

    ABŞ nüvə silahlarının tranziti ilə bağlı Tokio ilə gizli protokollar üzrə danışıqları sənədləşdirib
Menyu