http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Qara bazar”da dəyəri 6.5 milyon manat olan 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

06 May 2024 , 11:40
“Qara bazar”da dəyəri 6.5 milyon manat olan 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 38 əməliyyat keçirib. Nəticədə 34 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onlardan 6-i ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6.5 milyon manat olan 150 kiloqram, o cümlədən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 36 kiloqram heroin, 22 kiloqram metamfetamin, 5 kiloqram tiryək və digər növdən olan narkotik vasitə, 5 min ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 10:32

    VI sinif şagirdləri üçün monitorinq keçirilir
  • 10:14

    Xarkov vilayətindən 10 mindən çox insan təxliyə edilib
  • 09:57

    KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb
  • 09:36

    Qəzzada 630-a yaxın İsrail hərbçisi həlak olub
  • 09:17

    ABŞ nüvə silahlarının tranziti ilə bağlı Tokio ilə gizli protokollar üzrə danışıqları sənədləşdirib
  • 08:58

    İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv etdiyini bildirib
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
Menyu