http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yasamalda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub

06 May 2024 , 14:44
Yasamalda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub

Yasamal rayonunda vətəndaşlardan birinə məxsus dəyəri 3 min manat olan motosikletin naməlum şəxslər tərəfindən oğurlandığı barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Abşeron rayon sakinləri Nurlan Kərəmov, Kənan Səlimov və  Eltun Nəcəfov saxlanılıblar. Saxlanılanların törətdiyi oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. 

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı paytaxt ərazisində taksi sürücülərinə qarşı dələduzluq edərək onların mobil telefon və pul vəsaitlərini ələ keçirən əvvəllər oğurluq, dələduzluq, eləcə də narkotiklərlə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş Anar İmanov saxlanılıb.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkar olunaraq götürülüb. A.İmanovun paytaxtın müxtəlif ərazilərində taksi sürücülərinə qarşı dələduzluq etdiyi müəyyən edilib. 

A.İmanov, N.Kərəmov, K.Səlimov və E.Nəcəfov analoji əməllərdə iştiraklarının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 10:32

    VI sinif şagirdləri üçün monitorinq keçirilir
  • 10:14

    Xarkov vilayətindən 10 mindən çox insan təxliyə edilib
  • 09:57

    KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb
  • 09:36

    Qəzzada 630-a yaxın İsrail hərbçisi həlak olub
  • 09:17

    ABŞ nüvə silahlarının tranziti ilə bağlı Tokio ilə gizli protokollar üzrə danışıqları sənədləşdirib
  • 08:58

    İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv etdiyini bildirib
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
Menyu