http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Adil Kərimli Qubada vətəndaşları qəbul edib

06 May 2024 , 16:53
Adil Kərimli Qubada vətəndaşları qəbul edib

Mayın 6-da mədəniyyət naziri Adil Kərimli Quba rayonunda vətəndaşları qəbul edib.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, qəbuldan əvvəl nazir və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ümummilli liderin Quba şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Sonra mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə nümayiş etdirilən Quba, Qusar və Xaçmaz uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir.

Görüşlərdə sakinlərin problem və təklifləri yerində dinlənilir, məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 10:32

    VI sinif şagirdləri üçün monitorinq keçirilir
  • 10:14

    Xarkov vilayətindən 10 mindən çox insan təxliyə edilib
  • 09:57

    KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb
  • 09:36

    Qəzzada 630-a yaxın İsrail hərbçisi həlak olub
  • 09:17

    ABŞ nüvə silahlarının tranziti ilə bağlı Tokio ilə gizli protokollar üzrə danışıqları sənədləşdirib
  • 08:58

    İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv etdiyini bildirib
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
Menyu