“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
Nərmin Qocamanlı
Cari ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə göstərilən 80 349 xidmətin 7812-si (9,72 faizi) özəl qurumlar (“B2B”) tərəfindən təqdim edilib.
"Operatriv Media" xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, bu dövrdə “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox “Kapital Bank” ASC-nin – 5086 (6,33 faiz), “Bank Respublika” ASC-nin – 1025 (1,28 faiz), “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin – 1022 (1,27 faiz), “Dynamic Express” MMC-nin – 223 (0,28 faiz), “Ase Express”in – 148 (0,8 faiz) xidmətləri üçün müraciət ediblər.
Müvafiq özəl qurumlar tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan müxtəlif bank, logistika və yükdaşıma xidmətləri göstərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net