Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onun üzərindən və idarə etdiyi avtomobildən marixuana aşkarlanıb.
Məhkəmənin qərarı ilə H.Zamanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma