http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

07 May 2024 , 10:37
AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərini davam etdirir. COP29 zamanı görüləcək işlərə dair Agentlik tərəfindən hazırlanan Tədbirlər Planında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün təlimlər təşkil edilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə, eləcə də sahibkarlarla bu sahədə maarifləndirmə işləri aparan, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər həyata keçirən əməkdaşlar iştirak edirlər.

Həmin çərçivədə AQTA əməkdaşları üçün növbəti onlayn təlim “Qida obyektlərində təmizlik və dezinfeksiya tədbirlərinin planlaşdırılması və tətbiqi, təmizləmə üsulları və prosedurları” mövzusunda olub. Təlimdə iştirakçılara qida obyektlərində təmizlik və dezinfeksiya tədbirləri barədə ətraflı məlumat verilib. Qida məhsulları ilə təmasda olan bütün alət və avadanlıqların çirklənmə hallarının baş verməsini istisna edən materiallardan hazırlanmasının vacib olduğu vurğulanıb. Belə alət və avadanlıqların təmiz saxlanılmasının və dezinfeksiya edilməsinin zəruriliyi önə çəkilib. Eyni zamanda, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyəti qeyd edilib.

Təlim zamanı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 14:56

    İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
  • 14:50

    Sexdə yanğın olub, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub - FOTO
  • 14:41

    Britaniyanın müdafiə naziri: London Rusiya ilə döyüşmək istəmir
  • 14:39

    İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
    İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
  • 14:37

    Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək
    Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək
  • 14:24

    Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
  • 14:21

    İlham Əliyev: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir
    İlham Əliyev: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir
  • 14:18

    XİN Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı paylaşım edib
Menyu