http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

07 May 2024 , 10:39
Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

DİN mətbuat xidmətidən "Operativ Media"ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb.

Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükün arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 

Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub. 

Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Profilaktik tədbir zamanı müxtəlif kobud qayda pozuntularına yol verən ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib.

Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.

Quba rayonu  ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
 

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 12:21

    "Rusiya-Azərbaycan" dəyirmi masası keçirilib - FOTO
  • 12:10

    Latviya parlamentinin sədri Füzulidə səfərdədir
    Latviya parlamentinin sədri Füzulidə səfərdədir
  • 12:07

    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
  • 12:03

    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB
    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB
  • 11:56

    İsrailin hərbi kabinet naziri Netanyahunu koalisiyadan çıxmaqla hədələyib
  • 11:37

    Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
  • 11:19

    Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
  • 10:48

    Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə yüksəlib
Menyu