http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTİ peşə təhsili müəssisələrinin tələbələri üçün növbəti təlimlərə start verib

07 May 2024 , 11:00
AQTİ peşə təhsili müəssisələrinin tələbələri üçün növbəti təlimlərə start verib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün növbəti təlimlərə başlanıb. Təlimlərdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak edir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində AQTİ mütəxəssisləri tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən təlimlər aşpaz, qənnadıçı-şirniyyatçı və laborant-mikrobioloq ixtisasları üzrə təhsil alan tələbələr üçün təşkil olunur.

Təlimlərdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər, o cümlədən HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) haqqında ətraflı məlumat verilir. Tələbələr müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, qablaşdırma, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılır. Təlimlər zamanı laborant-mikrobioloq ixtisası üzrə təhsil alan tələbələrə həm də əməyin təhlükəsizliyi, biotəhlükəsizlik və laboratoriyalarda iş qaydaları barədə məlumat verilir. Həmçinin onlar laboratoriyalarda çalışan personalın cihaz və reaktivlərlə işləmə qaydaları ilə tanış olurlar.

İnteraktiv formada təşkil edilən təlimlərin sonunda müzakirələr aparılır və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilir.

Qeyd edək ki, ötən ilin dekabr ayında da AQTİ mütəxəssisləri tərəfindən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər keçirilib.

OXŞAR XƏBƏRLƏR
Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

XƏBƏR LENTİ
  • 19:04

    Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib
  • 18:53

    ABŞ Nigerdən qoşunlarını çıxarır
  • 18:39

    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB - 2
  • 18:14

    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB-3
    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB-3
  • 18:07

    İlham Əliyev və Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər
  • 18:01

    İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
  • 17:52

    Xətaidə yaşayış binasında yanğın olub
  • 17:48

    Rəisi: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
    Rəisi: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
Menyu