http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabah hava necə olacaq?

09 May 2024 , 12:15
Sabah hava necə olacaq?

Mayın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"

Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"

Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

XƏBƏR LENTİ
  • 07:25

    Rəisinin helikopterinin qalıqları tapılıb - VİDEO
    Rəisinin helikopterinin qalıqları tapılıb - VİDEO
  • 07:10

    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
  • Dünən
    23:12

    Zaxarova: "Rusiya İran prezidentinin olduğu helikopterin axtarışına yardım göstərməyə hazırdır"
  • Dünən
    22:54

    Türkiyə İrana axtarış-xilasetmə qruplarını göndərib
  • Dünən
    22:25

    İran prezidentinin helikopterinin sərnişinləri ilə əlaqə yaradılıb
  • Dünən
    22:12

    İraq Rəisinin olduğu helikopterin axtarışı üçün xilasetmə qrupları göndərir
  • Dünən
    22:04

    Aİ: “İran üçün “Copernicus” peyk xidmətini aktivləşdirdik”
  • Dünən
    21:41

    Rəsinin olduğu helikopteri axtaran 3 xilasedici itkin düşüb
Menyu