Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər tamamlanıb
Redaksiya
Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb, hazırda abadlıq işləri qalıb.
"Operativ Media" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
"Şuşada qurulmaqda olan seysmoloji stansiyada müəyyən işlər artıq tamamlanıb. Orada sadəcə stansiyanın özünün quraşdırılması işləri qalıb. Şuşa stansiyası bizə AFAD tərəfindən hədiyyə olunub. Bu, Azərbaycanda artıq 4-cü quyudibi stansiya olacaq. Cəbrayılda da quyudibi stansiyanın quraşdırılması həyata keçiriləcək".