15 Oktyabr 2024, 17:30
Göz rənginin dəyişdirilməsi neçəyə başa gəlir?
Göz rənginin dəyişdirilməsi neçəyə başa gəlir? şəkil
Göz rənginin dəyişdirilməsi neçəyə başa gəlir?

Son zamanlar göz rənginin dəyişdirilməsi əməliyyatına maraq xeyli artıb.

“Operativ Media” xəbər verir ki, göz rənginin dəyişdirilməsi prosesi keyitmə altında 40-60 dəqiqə vaxt aparır. Əməliyyatdan əvvəl həmin şəxsin bu prosedura uyğun olub-olmaması yoxlanılır. Daha sonra əməliyyat olunacaq şəxs göz rəngini seçir. Əməliyyatın qiyməti isə ölkəmizdə 9000 AZN-dən başlayır.

Bəs bu əməliyyatın gözə ziyanı var?

Məsələ ilə bağlı oftalmoloq Aynurə Əliyeva bildirib ki, bu əməliyyat korluqla nəticələnə bilər:

"Bu əməliyyatının iki metodu var. Azərbaycanda daha çox buynuz qişaya boya yeritməklə göz rəngi dəyişilir. Bu əməliyyatda boya maddəsi buynuz qişaya yeridilir, buynuz qişa gözün qarasının, bəbəyinin üzərini örtən şəffaf hissəsinin rəngini dəyişir. Bu boya gözə xüsusi texnologiya ilə yeridilir. Bu zaman buynuz qişaya müdaxilə olunduğuna görə, onun qatlarında deformasiya yarana bilər. Bundan əlavə gözdə quruluq və həmin şəxsdə işığa qarşı həssaslıq yarana bilər. Bunlar yüngül ağırlaşmalardır. Bu əməliyyat ən pis halda göz altı təzyiqi qaldıra bilər. Bu təzyiq yüksəldikcə görmə sinirinə basqı yaradır. Bu zaman isə sinir yavaş-yavaş sıradan çıxa bilər. Nəticədə görmə qabiliyyətini zəiflədə, hətta korluğa gətirib çıxara bilər".

Son xəbərlər
Cüdo üzrə dünya çempionatının ilk günündə 3 Azərbaycan cüdoçusu mübarizə aparacaq
İsrail Hərbi Hava Qüvvələri Natanzdakı nüvə obyektini tamamilə dağıdılıb
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib
Misir hava limanlarını yüksək hazırlıq vəziyyətinə gətirilib
Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib
İsrailin İrana hücumu nəticəsində neft qiymətləri 7 faizdən çox artıb
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq