Menyu

Sağlamlıq haqqında tibbi arayışı elektron formada necə əldə etmək olar?

Nərmin Qocamanlı
Sağlamlıq haqqında tibbi arayışı elektron formada necə əldə etmək olar?

İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış elektron şəkildə təqdim olunacaq.

“Operativ Media” xəbər verir ki, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:

İlk olaraq vətəndaş tibb müəssisəsinə ilkin müraciət etməlidir. Tibb müəssisəsində Laborator analizlərin vermək və həkim qəbullarından keçmək lazımdır.  Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə etmək olar. Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi lazımdır.

Daha sonra istifadəçilər “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

“Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.

Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

Qeyd edək ki, bu zaman "SİMA İmza" lazım olacaq.

Bunu da oxu: "SİMA İmza" nədir ve necə qeydiyyatdan keçmək lazımdır?

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər