Menyu

Harri Keyn “Bavariya”da 150-ci qolunu vurub

Operativ Media
Harri Keyn “Bavariya”da 150-ci qolunu vurub

Harri Keyn “Bavariya”nın Almaniya çempionatının III turunda “Elversberq” üzərində 2:1 hesablı qələbəsini təmin edən qollardan birinə imza atıb.

Operativ Media xəbər verir ki, 33 yaşlı ingiltərəli hücumçu 72-ci dəqiqədə fərqlənərək “Bavariya” forması ilə bütün turnirlərdə 150-ci qolunu vurub.

Bu, Keynin Bundesliqada 97-ci oyununda 99-cu qolu olub. O, həmçinin 2026/27 mövsümündə Almaniya çempionatında ilk dəfə fərqlənib.

Keyn daha əvvəl Bundesliqada 43 matçda 50 qol həddinə çataraq turnirin rekordunu müəyyənləşdirib. Hücumçu 100-cü qolunu da Bundesliqada ən sürətli vuran futbolçu olmaq şansına malikdir. Hazırkı rekord Ditər Müllərə məxsusdur. O, 100-cü qolunu 129-cu oyununda vurub.

“Bavariya” 3 turdan sonra 7 xalla Almaniya çempionatının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər