Menyu

Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb
1 dəq oxu

 

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb. Onlardan narkotik vasitə olan heroin aşkar edilib. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər