http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DQİDK sədri Argentinanın etiqad işləri üzrə katibi ilə görüşüb

04 May 2024 , 11:07
DQİDK sədri Argentinanın etiqad işləri üzrə katibi ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Ramin Məmmədov Argentinanın etiqad işləri üzrə katibi Fransisko Sançez ilə görüşüb.

Komitənin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, ölkə rəhbərliyinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti barədə qonağa ətraflı məlumat verən Ramin Məmmədov Azərbaycanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, cəmiyyətdə sülhün bərqərar olması üçün sözügedən istiqamətlərdə birgə əməkdaşlıq və dialoq çox önəmlidir. Azərbaycan bu qlobal məsələnin ümumbəşəri mənafelərə uyğun həllinə öz töhfəsini verir.

Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətinə diqqət çəkən R.Məmmədov işğaldan azad olunan torpaqlarımızda dağıdılan və yer üzündən silinən tarixi-dini abidələrdən, həmçinin hazırda aparılan bərpa-quruculuq işlərindən bəhs edib.

Fransisko Sançez öz növbəsində çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycanda tolerantlığın, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərlərin qorunub saxlanılmasını, eləcə də təbliğini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Bəzi rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

XƏBƏR LENTİ
  • 09:54

    Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişməsində, Aeroport şosesində yol-nəqliyyat hadisələri baş verib
  • 09:50

    Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • 09:49

    KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
  • 09:45

    DİN-dən xaricdə təhsil fırıldaqçılığı ilə bağlı XƏBƏRDARLIQ
  • 09:13

    ABŞ Ukraynaya silah tədarükü ilə bağlı iclas keçirəcəK
  • 06:49

    Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB
  • 06:45

    İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB
    İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB
  • 06:30

    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB
Menyu