http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Neft Daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb

07 May 2024 , 15:16
Neft Daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb

Mayın 7-si saat 15:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.

Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR
Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

XƏBƏR LENTİ
  • 19:38

    Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
  • 19:24

    Mirzoyan Avstriyaya səfər edəcək
  • 19:04

    Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib
  • 18:53

    ABŞ Nigerdən qoşunlarını çıxarır
  • 18:39

    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB - 2
  • 18:14

    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB-3
    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB-3
  • 18:07

    İlham Əliyev və Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər
  • 18:01

    İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
Menyu