http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İnstitutun təlimçi-ekspertləri Qaradağ rayon İcra Hakimiyyətində təlim keçiriblər

07 May 2024 , 15:33
İnstitutun təlimçi-ekspertləri Qaradağ rayon İcra Hakimiyyətində təlim keçiriblər

Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən mayın 7-də Qaradağ Rayon İcra Hakimiyyətində “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularında təlim keçirilib.

İnstitutdan "Operativ Media"ya verilən məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov icra hakimiyyəti orqanlarında çalışan əməkdaşların peşə savadlılığının və iş prosesində interaktivliyinin artırılması məqsədilə İnstitut tərəfindən təşkil olunan təlimin əhəmiyyətindən bəhs edib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında İnstitutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verib və gələcək planlardan söz açıb.
İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, təlimçi Vüsalə Muradxanlı, həmçinin şöbənin əməkdaşlarından təlimçi-ekspertlər Heydər Həsən oğlu Əliyev və Ülvi Abbasov təqdimatla çıxış ediblər. 

Təlimdə vətəndaşların müraciətlərinə baxılması, ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, dövlət qulluğu və korrupsiya mövzuları, habelə 2022-2023-cü illərdə cinayət işi və korrupsiyaya dair əldə edilən statistik məlumatlar müqayisəli təhlil edilib. 

Sonda təqdim edilən mövzular ətrafında müzakirələr aparılıb və təlimin yekun qiymətləndirilməsi keçirilib. 24 nəfər təlim iştirakçısına sertifikatlar təqdim olunub. 

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 18:07

    İlham Əliyev və Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər
  • 18:01

    İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
  • 17:52

    Xətaidə yaşayış binasında yanğın olub
  • 17:48

    Rəisi: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
    Rəisi: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
  • 17:47

    KİV: İran Prezidenti sağdır, Təbrizə gedir - YENİLƏNİB
    KİV: İran Prezidenti sağdır, Təbrizə gedir - YENİLƏNİB
  • 17:38

    Fələstin Səhiyyə Nazirliyi: Qəzzada təxminən 35,5 min insan həyatını itirib
  • 17:23

    Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var
    Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var
  • 17:11

    Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb
    Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb
Menyu