http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Su qıtlığını hansı üsullarla aradan qaldırmaq olar?

07 May 2024 , 16:40
Su qıtlığını hansı üsullarla aradan qaldırmaq olar?

Su qıtlığı ilə bağlı narahatlıqlar illərdir ki, öz aktuallığını qoruyur. Bununla bağlı xeyli çağırışlar, maarifləndirmələr aparılsa da, dünyanın su ehtiyatları azalmağa davam edir. Mütəxəssislərin çoxu  bu problemi aradan qaldırmağın yolunu dəniz suyunun şirinləşdirilməsi prosesində görürlər. 

Mövzu ilə əlaqədar ətraf mühit məsələləri üzrə ekspert, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov "Operativ Media"ya açıqlamasında deyib ki, dəniz suyunun içməli suya çevrilməsi texnologiyasından Bakıda uzun illərdir istifadə olunur:

"Dəniz suyunu içməli suya çevirmək üçün müxtəlif texnologiyalar var. Onu da deyim ki, hələ 100 il bundan qabaq Bakıda bu texnologiyalardan istifadə olunur. O vaxtkı texnologiya, yəni köhnə texnologiya dəniz suyunun qaynadılıb buxara çevrilməsi və duzdan ayrılmasına əsaslanırdı. Bugünkü texnologiyalar çox müasirdir. "Reverse osmosis" üsuluna əsaslanır. Yəni dəniz suyu sürətlə membranlardan keçirilir və bu zaman duz membrandan keçmir. Yalnız su molekulları membrandan keçir və beləliklə də duzlu su duzsuzlaşdırılır. Yəni bu əsas texnologiya kimi çox geniş yayılıb".

Ekspert qeyd edib ki, bir çox ölkəllər əsasən dəniz suyunu duzsuzlaşdırıb içirlər:

"Hal-hazırda İsrail, Səudiyyə Ərəbistanı, İspaniya, hətta ABŞ-nin quraq ərazilərində dəniz suyun bununla duzsuzlaşdırıb içiblər. İqlimi quraq olan sahil ölkələrində dəniz suyu getdikcə daha çox əhəmiyyət daşımağa başlayır. Çünki dəniz suyunun şirinləşdirilmə texnologiyaları müasirləşir, getdikcə daha çox ucuzlaşır və bu da ölkələrə imkan verir ki, digər mənbələrdən götürülən suyun məhz bu su ilə əvəz etsinlər. Bu həm də imkan verir ki, su mənbələrinin ekologiyası qorunsun".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Xətaidə yaşayış binasında yanğın olub

Xətaidə yaşayış binasında yanğın olub

Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var

Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

XƏBƏR LENTİ
  • 20:25

    İran ordusunun bütün qüvvələrinin helikopterin axtarışına cəlb olunması ilə bağlı əmr verildi
  • 20:04

    XİN: "Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır"
  • 19:48

    Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"
    Prezident: "Azərbaycan İrana hər cür dəstək göstərməyə hazırdır"
  • 19:24

    Mirzoyan Avstriyaya səfər edəcək
  • 19:04

    Yevlaxda ər arvadını öldürüb, sonra özünə xəsarət yetirib
  • 18:53

    ABŞ Nigerdən qoşunlarını çıxarır
  • 18:39

    “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB - 2
  • 18:14

    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB-3
    Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - YENİLƏNİB-3
Menyu