http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

07 May 2024 , 17:10
Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında (MR) rəsmi səfərdədir.

Vəkillər Kollegiyasından "Operativ Media"ya verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-in 100 illiyi ilə bağlı olaraq mayın 7-də Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası (NMRVK) tərəfindən ARVK-nın rəhbərliyinin iştirakı ilə Naxçıvan şəhər Vəkil Bürosunda (VB) pulsuz hüquqi yardım aksiyası keçirilib.

Aksiyadan əvvəl nümayəndə heyəti NMRVK-nın inzibati binasında son illər yaradılmış şərait ilə tanış olub. Sonra vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin, müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, inzibati cərimələr, mülkiyyət hüququ, ailə münasibətləri, əmək mübahisəsi və digər sosial məsələlərlə bağlı olub.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-in 100 illiyi ilə bağlı olaraq Şərur rayon VB-nin inzibati binasında da pulsuz hüquqi yardım aksiyası keçirilib.

Qeyd edək ki, ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində sədr müavinləri - Pərviz Ələkbərov, Şahmar Məmmədov, Rəyasət Heyətinin üzvləri - Dilarə Əfrasiyabova, Lalə Nağıyeva, İlhamə Həsənova, Elçin Usub, Azər Quliyev, Baş katib Bayram Orucov, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev, həmin Komitənin üzvü İlham Hüseynov, o cümlədən III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə təmsil olunub.

OXŞAR XƏBƏRLƏR
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib

XƏBƏR LENTİ
  • 18:07

    İlham Əliyev və Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər
  • 18:01

    İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
  • 17:52

    Xətaidə yaşayış binasında yanğın olub
  • 17:48

    Rəisi: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
    Rəisi: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
  • 17:47

    KİV: İran Prezidenti sağdır, Təbrizə gedir - YENİLƏNİB
    KİV: İran Prezidenti sağdır, Təbrizə gedir - YENİLƏNİB
  • 17:38

    Fələstin Səhiyyə Nazirliyi: Qəzzada təxminən 35,5 min insan həyatını itirib
  • 17:23

    Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var
    Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralılar var
  • 17:11

    Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb
    Ermənistan polisi Bakı ilə delimitasiya işlərinin aparıldığı Kirants kəndinin girişlərini bağlayıb
Menyu