20 İyun 2024, 10:18
Kondisioner soyuğundan keçən virus ağır xəstəliyə səbəb ola bilər
Kondisioner soyuğundan keçən virus ağır xəstəliyə səbəb ola bilər şəkil
Kondisioner soyuğundan keçən virus ağır xəstəliyə səbəb ola bilər

Havaların isti keçməsi olduğumuz istənilən məkanda – ev, ofis və hətta avtomobillərdə belə kondisionerin istifadəsini tələb edir. Ancaq içəridəki isti havanı soyudan kondisionerin insan orqanizminə mənfi təsirləri də az deyil. Bəs kondisioner sərinliyinin sağlamığa ziyanları nədir?

Tibb eksperti Abdulla Şıxlinski “Operativ Media”ya açıqlamasında bildirib ki, isti havaların məcbur etdiyi kondisioner istifadəsi insana immunodepressiv təsir edir:

“Kondisioner süni soyuq verdiyinə görə həm yuxarı, həm aşağı tənəffüs yollarının funksiyasını pozur və onun yerli immunitetini aşağı salır. İnsanlarda  asanlıqla yuxarı tənəffüs yollarının iltihabı -  katarı, aşağı tənəffüs yollarının iltihabı, kəskin bronxitlər, traxeitlər, bu hallar ağırlaşdığı zaman isə  pnevmoniyalar baş verə bilir".

Həkimin sözlərinə görə, ən isti havalarda belə kondisioner 20-22 dərəcədə olarsa, kifayət edəcək, lakin burada otağın ümumi sahəsi də nəzarə alınmalıdır:

“Hətta yuxarı tənəffüs yollarında xroniki bronxit, astma və digər xəstəlikləri olanlar 20-24 dərəcədə kondisioner soyuğundan istifadə edə bilərlər. Bununla yanaşı bəzi insanlar isti havaları kondisionersiz keçinə bilmirlər, bunlar ürək-damar xəstəlikləri olanlar, ürəkdə ritm pozğunluğu yaşayanlar,  hipertoniyadan, yəni yüksək təzyiqdən əziyyət çəkənlərdir. Ona görə belə xəstələrə 19-20 dərəcəlik kondisioner sərinliyi tövsiyə olunur. Xüsusilə də gecə kondisioner sərinliyi altında yatmaq olmaz. Çünki mərkəzi sinif sistemində olan baş-beyinin ensefaliti adlanan “baş-beynin iltihabı” kimi ağır xəstəlik məhz kondisioner soyuğunun təsiri ilə əmələ gəlir. Bu isə sinir sistemini sevən neyrotrop virusun periferik sinir sisteminin zədələməsidir ki, insanda nevritlər, nevralgiyalar əmələ gəlir və kəskin  baş ağrısı verir.”

Ekspert bilavasitə kondisionerin altında oturmağın baş, bel və kürəyə ağır fəsadlar törədə biləcəyini də qeyd edib.

Sevinc İbrahimzadə

Son xəbərlər
Diplomatların peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub - YENİLƏNİB
Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Son 24 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada 95 nəfər həlak olub
Corco Kyellini ABŞ klubunda səhmdar olub
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu