http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Keyfiyyətli dondurmanı necə fərqləndirmək olar?

28 İyun 2024 , 11:57
Keyfiyyətli dondurmanı necə fərqləndirmək olar?

Yayın əvəzedilməz qidalarından biri də məhz dondurmadır. Lakin bəzən keyfiyyətsiz dondurmalar da satışlarda mövcud olur. Hərçənd monitorinqlərlə bu cür hallar aşkarlanır və ictimaiyyətə həmin məhsullarla bağlı məlumat çatdırılır. 

Bəs keyfiyyətli dondurmanı necə fərqləndirmək olar?

Mövzu ilə əlaqədar Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova  "Operativ Media"ya danışıb.

O bildirib ki, dondurma süd məhsuludur və süd də heyvan mənşəli qidadır. Ona görə mütləq şəkildə burada istifadə olunan süd sağlam heyvandan əldə olunmalıdır:

"Baytar nəzarətindən keçən heyvanlardan əldə olunan südün də həm sağılması, həm saxlanılması - bütün proseslərdə sanitar gigiyena və normalarına əməl olunmalıdır. Əks halda, təbii ki, zülal mənşəli olduğuna görə daha tez xarab olmağa meyllidir. Tərkibində mikroorqanizmlərin çoxalması insan sağlamlığında bir çox fəsadlara yol aça və gələcəkdə qarşısıalınmaz problemlərlə nəticələnə bilər. Dondurmanın tərkibindəki qaymaq, yağ və əlavə məhsullar da heyvan mənşəli məhsullardır. Bəzən süd əvəzinə quru süddən istifadə olunur və yaxud da sənaye üsulu hazırlanmış süd yağı əvəzedicilərdən istifadə olunur ki, bunlar da bir çox sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə həssas insanlarda, xroniki xəstəliyi olan, allergiyaya meylli olan insanlarda həzm sisteminin pozulması, bağırsaq mikroflorasının dəyişməsi və nəticədə immun sisteminin aşağı düşməsi ilə nəticələnə bilər".

Ekspert qeyd edib ki, son aparılan monitorinqlərdə 26  istehsalçıya məxsus 69 dondurmadan götürülən nümunələrin nəticəsində 10 məhsulda qüsurların və nöqsanların aşkar olunması ilə yanaşı, həm də insan sağlamlığına təhlükəli olan bakteriyalar aşkarlanıb:

"İntero bakteriyaların 50-yə yaxın növü var və hər bir növü də insan sağlamlığında bir çox xəstəliklərin yaranmasına gətirib çıxardır. Bu, əsasən iltihabi xəstəliklərə və xüsusilə də bağırsaq mikroflorasının dəyişməsinə, eyni zamanda tənəffüs yolları xəstəliklərinə, xüsusilə böyrək xəstəliklərinə, eyni zamanda digər orqanlarda da problemlərə səbəb olduğunu göstərir. Bəzən insanlar bu kimi bakteriyalar olan məhsulları qəbul etdikdən sonra barğırsaq mikroflorası dəyişdiyi üçün ishala səbəb olur. Bəzən isə ishalla qəbizlik bir-birini növbəli şəkildə əvəzləyərək orqanizmin immun sisteminin aşağı düşməsinə səbəb olur. Eyni zamanda bağırsaqlarda faydalı mikroorqanizmlərin yox olmasına gətirib çıxardır. Yaxşı olar ki, keyfiyyətli və mənşəyi bəlli olan dondurmadan istifadə edilsin. Xüsusilə azyaşlılarda və yüksək risk qrupundan olan ahıl yaşlılarda bu kimi məhsulları istifadə etmək nəinki sağlamlıq problemlərinə, bir çox hallarda immun sistemi zəif olan insanlarda hətta ölümlə nəticələnə bilər".

Onun sözlərinə görə, dondurmanın tərkibində kərə yağının istifadəsi qeyd olunsa da, bitki yağı aşkarlanır və bəzən dəqiq olaraq hansı bitki yağından istifadə olunduğu da göstərilmir. Bunlar da məhsul üçün onun keyfiyyətində şübhə doğuran məqamlardır ki, diqqət etmək lazımdır:

"Keyfiyyətli dondurma süd, yağ qaymaqdan ibarət olmalıdır və əlavə dadlandırıcı olaraq şəkərdən və yaxud da baldan, bəzən isə çərəzlərdən istifadə olunmalıdır. Müddəti az olan dondurmalardan istifadə olunsun. Paketlənmiş dondurmalardan istifadə edəcəklərsə, mütləq şəkildə paketin tamlığı pozulmamalı, üzərində yazılar aydın şəkildə qeyd olunmalıdır. Etiket məlumatlarında istehsalçı şirkət haqqında ətraflı məlumat olmalıdır. Məhsulun tərkibi haqqında inqredientlərin hamısı tək-tək göstərilməlidir. Məhsulun 70 faizə yaxını süd, qaymaq, yağdan ibarət olmalıdır. Digər məqamlarda isə əgər süd yağı əvəzedicisi və yaxud yağın mənşəyi bəlli olmayan, daha çox emulqator, stabilizator və konservantlardan istifadə olunan dadlandırıcılar mövcuddursa və rəf ömrü uzundursa, bu zaman həmin məhsullar keyfiyyətli dondurma hesab etmək olmaz. Eyni zamanda ağızda əridikdə xoşagələn qaymaq dadı varsa, bu onun keyfiyyətli yağdan, keyfiyyətli süddən istifadə olunduğunu göstərir. Əgər acı dad qalırsa, bu da bitki yağı və yaxud digər kimyəvi qatqı maddələrdən daha çox istifadə olunduğunun göstəricisidir".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu